Polşa Amerikanın keçirmək istədiyi konfransla bağlı İrana xatircəmlik verib

Polşa Amerikanın keçirmək istədiyi və əsasən İrana qarşı məsələləri müzakirə edəcək konfransa görə Tehrana nümayəndə göndərərək, İslam Respublikasına xatircəmlik verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2019, 10:11

Polşa Amerikanın keçirmək istədiyi və əsasən İrana qarşı məsələləri müzakirə edəcək konfransa görə Tehrana nümayəndə göndərərək, İslam Respublikasına xatircəmlik verib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Polşa xarici işlər nazirinin müavini Maçi Mislavın rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün Tehranda səfərdə olub. İranlı həmkarı Abbas Əraqçi ilə görüşən Polşa rəsmisi ölkəsində gələn ay keçiriləcək konfransın İranın əleyhinə olmadığını bildirib və bu haqda rəsmi Tehrana xatircəmlik verib.

 

İranla əldə edilən nüvə sazişini dəstəklədiklərini və iki ölkə arasında yaxşı münasibətlərin olduğunu vurğulayan Polşa rəsmisi bildirib ki, gələn ay keçiriləcək konfrans Yaxın Şərqdə sülh və sabitliyə xidmət edəcək.

 

Eyni zamanda İranın XİN rəhbərinin müavini A. Əraqçi də ölkəsinə qarşı keçiriləcək konfransın mənfi nəticələrini düşünməyi xatırladıb.