Putin Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib

Müvafiq sərəncam rəsmi məlumat portalında yerləşdirilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Fevral 2019, 18:03

Rusiya Dövlət Başçısı Vladimir Putin ölkəyə vizasız səyahət edə bilən türk vətəndaşlarının siyahısını genişləndirib. Müvafiq sərəncam rəsmi məlumat portalında yerləşdirilib.

 

İnterAz-ın "Anadolu"ya istinadən verdiyi məlumata görə, yeni fərmanla Rusiyaya qısa müddətli ezamiyətə gələn Türkiyə vətəndaşları- beynəlxalq yükdaşımalarla məşğul olan peşəkar sürücülər və iş adamları üçün viza rejimi ləğv olunub.

 

Qeyd edilir ki, məhdudiyyətlər Türkiyə tərəfinin bənzər qərar qəbul etməsindən sonra ləğv ediləcək.