Fələstinin siyasi cinahları bu gün Moskvada bir araya gəlirlər

Məlumata görə toplantı iki gün çəkəcək və bu toplantının əsas hədəfi fələstinin siyasi cinahlarını bir-birinə yaxınlaşdırmaqdır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 09:56

Fələstinin müxtəlif siyasi cinahları bundan öncə Qahirədə bir araya gələrək, “milli razılaşma” haqda danışıqlar aparmışdılar. Bu dəfə isə Moskvada bir araya gəlirlər.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, fələstinliləri təmsil edən 10 siyasi cinah və hərəkat bu günkü Moskva toplantısına qatılacaqlar.

 

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilən bu toplantıda , Fələstin münaqişəsinin yeni məsələləri və onun “milli razılaşma”sı müzakirə ediləcək.

 

Məlumata görə toplantı iki gün çəkəcək və bu toplantının əsas hədəfi fələstinin siyasi cinahlarını bir-birinə yaxınlaşdırmaqdır.