Macarıstanda dörd uşağı olan ailələr gəlir vergisindən azad ediləcəklər

Baş nazir bu addımın ölkədə əhalinin sayını artırmağa xidmət etdiyini bildirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 13:12

Macarıstanda dörd və daha çox uşağı olan ailələr gəlir vergisindən ömürlük azad ediləcəklər.

 

İnterAz AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib. Baş nazir bu addımın ölkədə əhalinin sayını artırmağa xidmət etdiyini bildirib. Qeyd edib ki, Macarıstan hökuməti, bundan əlavə, çoxuşaqlı ailələrə bir çox güzəştlərin nəzərdə tutulduğu tədbirlər paketi də hazırlayıb.

 

Hazırda Macarıstanda əhalinin sayı hər il 32 min nəfər azalır.