Qars-Ərzurum yolunda qəza olub, 20 nəfər yaralanıb

Qəzaya səbəb kimi yolun buzlu və dumanlı olması göstərilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 13:50

Türkiyədə Qars-Ərzurum avtomobil yolunda sərnişin daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində azı 20 nəfər yaralanıb.

 

İnterAz xəbər verir ki, bu məlumatı “Hurriyet” yayıb.

 

Bildirilib ki, hadisə Qars əyalətinin Sarıqamış rayonunda baş verib. Qəzaya səbəb kimi yolun buzlu və dumanlı olması göstərilib.