Türkiyə donanması Pakistanda dəniz təlimlərində iştirak edir

Ərəb dənizində və Hind okeanında keçirilən təlimlərdə Türkiyə, ABŞ, Böyük Britaniya, Çin, Avstraliya, İndoneziya, Şri Lanka, Malayziya və Oman iştirak edir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 14:20

Türkiyə Donanması fevral ayının 8-də başlayan Pakistanın AMAN-2019 təlimlərinə qatılır.

 

İnterAz-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, təlimlər 12 fevral tarixinə qədər davam edəcək.

 

Ərəb dənizində və Hind okeanında keçirilən təlimlərdə Türkiyə, ABŞ, Böyük Britaniya, Çin, Avstraliya, İndoneziya, Şri Lanka, Malayziya və Oman iştirak edir.

 

Təlimin məqsədi iştirakçı ölkələrin dəniz qüvvələri arasında sülhün və sabitliyin təmin olunmasında, dəniz qüvvələrinin terrorizmə qarşı mübarizədə koordinasiyasını artırmaq, əməkdaşlıq və qarşılıqlı əlaqələri inkişaf etdirməkdir.

 

Türkiyə Donanması 2007, 2009, 2011, 2013 və 2017-ci ildə AMAN təlimlərinə qatılıb.