Qəzza-Misir sərhədində tunelin uçması nəticəsində 9 nəfər itkin düşüb

Qəzzalılar bölgəyə gələn ərzaqın bir qismini Misir-Qəzza sərhədlərinin altından keçən tunellərlə təmin edirlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 14:44

Qəzzalılar bölgəyə gələn ərzaqın bir qismini Misir-Qəzza sərhədlərinin altından keçən tunellərlə təmin edirlər. Bu tunellərin birinin uçması və ya partladılması nəticəsində 9 nəfər itkin düşüb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Qəzzanın Mülki Müdafiə İdarəsi məlumat verib.

 

Bildirilib ki, Misir-Qəzza sərhədində xüsusilədə Rəfəh şəhəri ərazisindən keçən hissədə tunellərin birinin uçması və ya partladılması nəticəsində 9 nəfər itkin düşüb.

 

Fələstin mediası iddia edib ki, Misir tərəfi bu tuneli aşkarlayaraq partladıb və nəticədə tunel uçub.

 

Qeyd edək ki, Qəzza Sektoru quru yolu ilə xaricə yalnız Misirin Rəfəh şəhərindəki keçidlə birləşir. Bu sərhəd keçidi çox vaxt bağlı olduğundan fələstinlilər Misirdən ərzaqı yeraltı tunellər vasitəsilə təmin edirlər.