İstanbulda çökmə riski olan 4 binanın sakinləri təxliyə edilib

İstanbulun Şişli rayonunda yaşayış kompleksi çökmə ehtimalına görə boşaldılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 15:21

İstanbulun Şişli rayonunda yaşayış kompleksi çökmə ehtimalına görə boşaldılıb.

 

İnterAz AZƏRTAC-a istinadla xəbər verir ki, kompleksdəki 4 binadan birinin əsas sütunlarında çatlar əmələ gəlib. Digər binalar da çökmə riski altındadır. 60 mənzil, 4 iş yeri və bir avtomobil dayanacağı olan kompleks tamamilə boşaldılıb. Sakinlər otellərə yerləşdirilib.

 

Hadisə müvafiq araşdırmalar aparılır.