İsrail Suriyanın Qunaytara əyalətini top və tanklardan hədəfə alıb

İsrail Ordusu həmçinin Suriyanın Qunaytara əyalətində Təll əd-Dəriyyə bölgəsini də minaatanlardan hədəfə alıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2019, 09:41

Ötən gün axşam saatlarında İsrail Ordusu Suriyanın cənubunda Qunaytara əyalətinin müxtəlif bölgələrini top və tanklardan hədəfə alıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İsrail Ordusu top və tanklardan Qunaytaranın dağılmış xəstəxanasını eləcə də Cibasa əl-Xəşəb bölgəsində bir postu hədəfə alıb.

 

Tələfatlar yalnız maddi xəsarətlərdir.

 

İsrail Ordusu həmçinin Suriyanın Qunaytara əyalətində Təll əd-Dəriyyə bölgəsini də minaatanlardan hədəfə alıb.

 

SANA bildirir ki, təcavüzkar İsrail Ordusu bu hücumda pilotsuz hərbi təyyarələrindən də istifadə edib.

 

Qeyd edək ki, İsrail hazırda Suriyanın Colan Yüksəkliklərini işğalda saxlayır. BMT-in Colan Yüksəkliklərinin Suriyaya qaytarılması ilə bağlı qətnaməsinə baxmayaraq, İsrail bu işğalla da kifayətlənmir və ara-sıra Suriyanın cənub və mərkəzi hissələrinə hava zərbələri endirir.