Hindistan sahillərində güclü zəlzələ baş verib

Zəlzələ Vişakhapatnam şəhərindən 476 km. cənub-şərqdə baş verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2019, 10:28

Hindistan sahillərindən təqribən 500 km aralıda, Benqal körfəzi hövzəsində güclü zəlzələ olub.

 

İnterAz xəbər verir ki, yeraltı təkanlar 5,6 maqnituda gücündə qeydə alınıb.

 

Zəlzələ Vişakhapatnam şəhərindən 476 km. cənub-şərqdə baş verib.

 

Daha əvvəl İranın cənubunda 5,3 maqnituda gücündə baş vermiş zəlzələ nəticəsində 3 nəfər xəsarət alıb.