Hindistanda oteldə baş verən yanğında 17 nəfər ölüb

Hindistanın Yeni Dehli şəhərində “Arpit Palace” hotelində yanğın baş verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2019, 11:20

Hindistanın Yeni Dehli şəhərində “Arpit Palace” hotelində yanğın baş verib.

 

İnterAz-ın "RİA Novosti"yə istinadla verdiyi xəbərə görə, yanğın nəticəsində 17 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

"NDTV" kanalının verdiyi məlumata görə, 34 nəfər xilas edilib, onlar xəstəxanaya yerləşdirilib.