Türkiyədə dəniz reysləri təxirə salınıb

Eyni təbiət hadisələri ilə bağlı Bursada da dəniz reyslərinin dayandırıldığı bildirilir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2019, 11:43

İstanbul akvatoriyasında qatı duman və güclü küləklə əlaqədar dəniz reysləri təxirə salınır.

 

İnterAz-ın Trend-ə istinadən məlumatına görə, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

 

Eyni təbiət hadisələri ilə bağlı Bursada da dəniz reyslərinin dayandırıldığı bildirilir.

 

Qeyd edək ki, sonuncu dəfə yanvarın 23-da Dardanel boğazı gəmilərin hərəkəti üçün bağlanmışdı.