Fələstinlilər ABŞ-ın Varşava konfransına fərqli toplantı ilə cavab verirlər

Fələstin Muxtariyyəti, Livan, Suriya, İran müsəlman ölkələrini ABŞ-ın Varşava konfransına qatılmamağa çağırıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2019, 12:42

Bundan öncə Fələstin Muxtariyyəti ABŞ-ın Varşavada keçiriləcək Yaxın Şərqdə təhlükəsizlik və İranla bağlı konfransına qatılmayacağını bildirmişdi. Fələstin Müxtariyyəti rəsmiləri bildirib ki, bu konfrans Trampın Fələstin məsələsi ilə bağlı “Əsrin sazişi” planının həyata keçirilməsi üçün fürsət kimi istifadə edilə bilər.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Fələstin Muxtariyyəti yaxın həftələr ərzində İrlandiya paytaxtı Dublində toplantı keçirir.

 

Məlumata görə bir sıra ərəb və Avropa dövlətləri də bu toplantıya dəvət ediləcək. Məqsəd isə Amerikanın sabah Polşada başladacağı konfransa cavab olaraq tədbirlərin görülməsidir.

 

Fələstin Muxtariyyəti, Livan, Suriya, İran müsəlman ölkələrini ABŞ-ın Varşava konfransına qatılmamağa çağırıb.

 

Qeyd edək ki, ABŞ-ın Varşava konfransının əsas mövzusu Yaxın Şərqdə təhlükəsizlik və İrana qarşı tədbirlərin görülməsidir. Fələstin Muxtariyyəti düşünür ki, ABŞ hökuməti bu konfransda Fələstin məsələsini birdəfəlik edəcək “Əsrin sazişi” planını həyata keçirmək istəyir.