İŞİD-in media üzrə nümayəndəsi fransalı Əbu-Suheyb ələ keçib
Əbu-Suheyb əl-Fəransi Dirazzur əyalətində Fərat çayının şərqində əməliyyatlar zamanı kürd bölmələrinin başçılıq etdiyi “Suriya Demokratik Qüvvələri”nin əlinə keçib
Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2019, 15:05
İŞİD-in media məsələləri üzrə mütəxəssislərindən biri olmuş Əbu-Suheyb əl-Fəransi Dirazzur əyalətində ələ keçib.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, Əbu-Suheyb əl-Fəransi Dirazzur əyalətində Fərat çayının şərqində əməliyyatlar zamanı kürd bölmələrinin başçılıq etdiyi “Suriya Demokratik Qüvvələri”nin əlinə keçib.
Telekanal yerli mənbələrə istinadla bildirib ki, Əbu-Suheyb həm də İŞİD tərkibində “qulların” işləri üzrə məsul şəxsi imiş.
Qeyd edək ki, İŞİD hal-hazırda Suriyanın Dirazzur əyalətində Fərat çayının şərqində bir neçə kənd və qəsəbə ərazisində mühasirədə qalıb.