Tramp Konqresin Səudiyyəyə qarşı qərarlarını veto edəcəyini bildirib

Son iki həftədə bir qərar layihəsi Səudiyyənin Yəmən müharibəsinə və Camal Qaşıqçıya görə, digəri isə bu ölkə məktəblərində dini təlimatda yer alan radikal təlimata görə qaldırılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2019, 16:03

Donald Trampın administrasiyası konqresin Səudiyyəyə qarşı qərarlarının veto ediləcəyini, xüsusilə də Yəmən müharibəsində Səudiyyəyə verilən hərbi dəstəklərin dayandırılması qərarının qarşısının alınacağını bildirib.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, respublikaçı və demokratçı konqresmenlər iki həftə öncədən başlayaraq yenidən Səudiyyə Ərəbistanına qarşı qanun layihələrini qaldırmaq istiqamətində addımlar atmağa başlayıblar.

 

Son iki həftədə bir qərar layihəsi Səudiyyənin Yəmən müharibəsinə və Camal Qaşıqçıya görə, digəri isə bu ölkə məktəblərində dini təlimatda yer alan radikal təlimata görə qaldırılıb.

 

Reuters-in məlumatına görə, Tramp administrasiyası konqresdə qaldırıla biləcək bu layihələrin qanuna çevrilməməsi üçün veto haqqından istifadə edəcəyini bildirib.