İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ olub

Yeraltı təkanların ocağı 47 km dərinlikdə yerləşib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Fevral 2019, 09:08

Molukko dənizinin İndoneziyanın Sulavesi adası sahillərində 5,6 maqnituda gücündə zəlzələ baş verib.

 

İnterAz xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

 

Bildirilir ki, təbii fəlakətin epinsentri Bitunq şəhərindən 132 km. şərqdə olub.

 

Yeraltı təkanların ocağı 47 km dərinlikdə yerləşib.

 

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi də elan olunmayıb.