“Liviya Milli Ordusu” Marzuq şəhərini radikal qruplaşmalardan geri alıb

Eyni zamanda Liviyanın hava qüvvələri də Çad Respublikasının müxalifətinə bağlı olan silahlılar deyilən bu qruplaşmalara hava zərbələri endirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Fevral 2019, 11:36

Liviyada 2011-ci ildən başlayan gərginlikdən sonra ölkənin cənub hissəsində bəzi ərazilər Çad Respublikası ərazisindən gələn qruplaşmaların nəzarətinə keçmişdi. İndi isə Liviyanın “Milli Ordusu” burada bəzi bölgələri geri almağa nail olub.

 

İnterAz SalamNews-a istinadla bildirir ki, “Liviya Milli Ordusu” bir neçə gün sürən şiddətli qarşıdurmalardan sonra ölkənin cənubunda yerləşən Marzuq şəhərini Çad Respublikasından keçən radikal qruplaşmalardan azad edə bilib.

 

Eyni zamanda Liviyanın hava qüvvələri də Çad Respublikasının müxalifətinə bağlı olan silahlılar deyilən bu qruplaşmalara hava zərbələri endirib.

 

Qeyd edək ki, “Liviya Milli Ordusu” sabiq diktator Müəmmar Qəzzafi əleyhinə təşkil edilmiş, hazırda general Xəlifə Xəftərin rəhbərliyi altından və beynəlxalq ictimaiyyətin dəstəyi ilə fəaliyyət göstərir. Tripolidə qərarlaşan hökumət və parlament isə bu ordunu legitim bilmir.