Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 176-ya çatıb

Yanvarın 25-də Braziliyanın cənub-şərqində bəndin dağılması nəticəsində ölənlərin sayı 176 nəfərə çatıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Fevral 2019, 08:54

Yanvarın 25-də Braziliyanın cənub-şərqində bəndin dağılması nəticəsində ölənlərin sayı 176 nəfərə çatıb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı faciənin baş verdiyi Minas-Jerays ştatının mülki müdafiəsinə istinadən UOL informasiya portalı məlumat yayıb.

 

Bildirilir ki, ölənlərin hamısının şəxsiyyəti artıq müəyyən edilib. Son məlumatlara görə, itkin düşənlərin sayı 134 nəfər təşkil edir.