Ərdoğan və Tramp Suriyadakı son hadisələri müzakirə edib

Prezidentlər ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı mal dövriyyəsinin 75 milyard dollara çatdırılmasının zəruri olduğunu bildiriblər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Fevral 2019, 10:09

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.

 

İnterAz "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısının administrasiyası məlumat yayıb.

 

Danışıqlar zamanı, Türkiyə və ABŞ liderləri, Suriyadakı son hadisələri müzakirə edərək, bu ölkədəki siyasi prosesi dəstəkləmənin, həmçinin tərəflərin terrorun bütün təzahürlərinə qarşı mübarizədə qətiyyətli olmasının əhəmiyyətini vurğulayıblar.

 

Söhbət əsnasında, Ərdoğan və Tramp ABŞ qoşunlarının Suriyadan hər iki tərəfin maraqlarına uyğun həyata keçirilməsi barədə razılığa gəliblər.

 

Prezidentlər ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı mal dövriyyəsinin 75 milyard dollara çatdırılmasının zəruri olduğunu bildiriblər.