Suriya hökuməti tərəfindən əfv edilən qruplaşma silahlılarının sayı açıqlanıb

Suriya hökumətinə və Ordusuna qarşı silah qaldıran müxtəlif qruplaşma üzvlərindən indiyədək 40 mininin vəziyyətinə aydınlıq gətirilərək əfv ediliblər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Mart 2019, 14:10

Suriya hökumətinə və Ordusuna qarşı silah qaldıran müxtəlif qruplaşma üzvlərindən indiyədək 40 mininin vəziyyətinə aydınlıq gətirilərək əfv ediliblər.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Suriyanın Milli Sülh Şurasının məsul şəxsi Yana Xədur məlumat verib.

 

Suriya rəsmisi verdiyi müsahibədə indiyədə qədər bağışlanan və sərbəst buraxılan qruplaşma üzvlərinin sayını açıqlayıb və bildirib ki, onların sayı 40 min civarındadır.

 

Suriya Parlamenti və hökumətinin milli saziş hədəfilə qəbul edilən qərarlarına və verilən əfv sərəncamlarına diqqət çəkən Y.Xədur bildirib ki, onlar dövlətə və qanuna qarşı çıxmamaq öhdəliyi qarşısılığında vəziyyətlərinə aydınlıq gətirilib və əfv ediliblər.

 

Suriya rəsmisi həmçinin ABŞ və dəstəklədiyi qruplaşmaların nəzarətində olan ər-Rukban düşərgəsindən gələnlərin hamısının vəziyyətinə aydınlıq gətiriləcəyi və onların sərbəst həyat sürə biləcəklərini bildirib.