Rusiya Boeing 737 Max təyyarələri üçün hava məkanını bağlayıb

"Rosaviasiya" xüsusi təlimat gələnə qədər Rusiya Federasiyasının hava məkanında Boeing 737 MAX təyyarələrinin uçuşunu qadağan edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Mart 2019, 14:27

"Rosaviasiya" xüsusi təlimat gələnə qədər Rusiya Federasiyasının hava məkanında Boeing 737 MAX təyyarələrinin uçuşunu qadağan edib.

 

İnterAz-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun rəhbəri Aleksandr Neradko jurnalistlərə açıqlama verib.

 

"Xüsusi bir bildiriş gələnə qədər Rusiya Federasiyasının hava məkanında bu tip təyyarələrin uçuşları qadağandır. Qadağa ilə bağlı sənəd müvafiq qurumlara göndərilib", - Neradko bildirib.