Sepah Fars Körfəzində pilotsuz təyyarələrin böyük hərbi təlimlərini keçirib

İran İslam İnqilabının Keşikçilər Ordusu (Sepah) Fars Körfəzində pilotsuz təyyarələrin iştirakı ilə irimiqyaslı hərbi təlimlər keçirdiyini bildirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Mart 2019, 15:21

İran İslam İnqilabının Keşikçilər Ordusu (Sepah) Fars Körfəzində pilotsuz təyyarələrin iştirakı ilə irimiqyaslı hərbi təlimlər keçirdiyini bildirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Sepah bu hərbi təlimləri “Beytül-müqəddəsə doğru – 1” devizi altında keçirib.

 

Sepahın bəyanatında bildirilir ki, onların hava qüvvələri hücumçu pilotsuz təyyarələrin ən böyük arsenalına malikdirlər.

 

Sepah-ın bəyanatında gəlib ki, bu hərbi təlimlərdə İranın 50 ədəd yerli hücumçu RQ-170 pilotsuz təyyarəsindən əlavə onlarla digər hərbi pilotsuz təyyarəsi iştirak edib.

 

Bildirilib ki, regionda ilk dəfədir bir hərbi təlimə bu miqdarda hücumçu pilotsuz təyyarə qatılır.