Buteflikanın geri addımlamasından sonra Əlcəzairdə yeni hökumətin növü açılqanıb

Əlcəzairin baş naziri yeni və müvəqqəti hökumətin təşkili üçün müşavirələrin getdiyini bildirib və ölkə xalqını mövcud vəziyyətdə təxribatçılara uymamağa çağırıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Mart 2019, 17:03

Əlcəzair prezidenti Əbdüləziz Buteflika etiraz səbəbindən 5-ci dəfə namizədliyini geri götürdükdən sonra ilk dəfə olaraq ölkədə qurulacaq yeni hökumətin növü və mahiyyəti açıqlanıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Əlcəzairin baş naziri Nuruddin Bədəvi mətbuat konfransı keçirərək, ölkənin gələcək siyasi vəziyyəti ilə bağlı yol xəritəsini açıqlayıb.

 

O prezident seçkilərinin təxirə salındığını bildirib və əlavə edib ki, ölkədə əsasən gənc mütəxəssislərdən ibarət müvəqqəti teknokrat hökuməti təşkil ediləcək.

 

Əlcəzairdə etiraz aksiyalarının dinc şəkildə keçirilməsinin bu ölkə xalqının mədəniyyət və sivil qaydalara əməl etməsinin göstəricisi olduğunu deyən baş nazir prezident Əbdüləziz Buteflikanın da belə dinc aksiyalara hörmətlə yanaşdığını bildirib.

 

Əlcəzairin baş naziri yeni və müvəqqəti hökumətin təşkili üçün müşavirələrin getdiyini bildirib və ölkə xalqını mövcud vəziyyətdə təxribatçılara uymamağa çağırıb.

 

Qeyd edək ki, 82 yaşlı Əbdüləziz Buteflika 1999-cu ildən Əlcəzairi idarə edir. O 2013-cü ildə insult keçirdikdən sonra çətin səhiyyə vəziyyəti ilə üzləşib və müxalifət buna görə onu ölkəni idarə etmə qabiliyyətində olmadığını bildirib. Əlcəzairin son etiraz aksiyaları isə 82 yaşlı xəstə prezidentin 5-ci dəfə namizədliyini irəli sürmə cəhdindən sonra baş qaldırıb.