Ruhaninin Bağdad səfərindən sonra İraq baş naziri də Səudiyyəyə gedir

İraq baş naziri Səudiyyə Ərəbistanına rəsmi səfərə gedəcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Mart 2019, 17:49

İraq baş naziri Səudiyyə Ərəbistanına rəsmi səfərə gedəcək.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İraq baş naziri Adil Əbdül-Mehdi bu gün Səudiyyənin Ticarət naziri Macid əl-Qəsabini qəbul edərkən deyib.

 

İraq baş naziri bildirib ki ölkəsi Səudiyyə Ərəbistanı ilə ikitərəfli iqtisadi və siyasi əlaqələrə əhəmiyyət verir və yaxın zamanlarda ər-Riyada rəsmi səfərə getmək fikrindədir.

 

A. Əbdül-Mehdi bu səfər zamanı həmçinin mühüm anlaşmaların imzalanacağına ümid edib.