Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində ölənlərin sayı 49-a çatıb

Hücum edənlərdən bir nəfər polis tərəfindən saxlanılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Mart 2019, 13:02

Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində ölənlərin sayı 49-a çatıb.

 

İnterAz Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə polis komissarı Mayk Buş mətbuat konfransında bildirib.

 

"Ölənlərin ümumi sayı 49-dur", - o deyib.

 

***11:07

 

Yeni Zelandiya Baş naziri Casinda Ardern Kraystçörç şəhərində məscidlərə edilən hücum nəticəsində 40 nəfərin öldüyünü təsdiqləyib.

 

İnterAz bu barədə"İnterfaks"a istinadən xəbər verir.

 

Onun sözlərinə görə, Linvuddakı (Kraystçörç ətrafında yerləşir - red.) məsciddə 10, şəhərin birbaşa özündə Din-avenyudakı məsciddə 30 nəfər ölüb, 20-dən çox adam ağır yaralanıb. 

 

Yaralananlar xəstəxanaya yerləşdiriliblər.

 

***08:52

 

Yeni Zelandiyanın Kraysterç şəhərində naməlum şəxslər Əl-Nur və Linvud məscidlərinə basqın edib və orada atəş açıb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, məscidlərdə atışma zamanı ən azı 27 nəfər ölüb, 30 nəfər yaralanıb.

 

Basqın yerli vaxtla 13:45, günorta namazından dərhal sonra baş verib. Şahidlərin ifadələrinə görə, hücum zamanı hər iki məsciddə 500-ə yaxın adam olub. Yaralananlar yerli xəstəxanaya yerləşdirilib.  

 

Hücum edənlərdən bir nəfər polis tərəfindən saxlanılıb.