Son 5 ildə ilk dəfə olaraq Qəzzadan Təl-Əvivə raketlər atılıb

Təl-Əvivdə həyəcan siqnalları çalınıb və Təl-Əvivdə sığınacaqlar açıq elan edilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Mart 2019, 09:23

Qəzzadan İsrailin paytaxtı Təl-Əvivə iki ədəd raket atılıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, “Dəmiq Qübbə” havadan müdafiə sistemləri raketlərə cavab verib. Raketlərdən birinin Təl-Əvivə düşdüyü deyilir.

 

Təl-Əvivdə həyəcan siqnalları çalınıb və Təl-Əvivdə sığınacaqlar açıq elan edilib.

 

Bu hücumu nə HƏMAS nə də onun hərbi qanadı İzzuddin əl-Qəssam üzərinə götürməyib.

 

Həmçinin Qəzzadakı İslami Cihad” hərəkatı da bu raketlərin onlar tərəfindən atılmadığını bildirib.

 

Qeyd edək ki, bu, 2014-cü ildə Qəzza müharibəsindən sonra buradan Təl-Əvivə atılan ilk raketlərdir.