Dövlət Departamenti amerikalıları Venesuelanı tərk etməyə çağırıb

ABŞ-ın dövlət katibi Mayk Pompeo Venesuelada olan bütün amerikalı diplomatların Bolivar Respublikası ərazisini tərk etdiklərini bildirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Mart 2019, 09:34

Dövlət Departamenti rəsmi nümayəndəsinin müavini Robert Palladino bildirib ki, ABŞ öz vətəndaşlarına Venesueladan çıxmağı tövsiyə edir.

 

İnterAz RİA "Novosti"yə istinadən xəbər verir ki, məlumata görə, amerikalılar ABŞ diplomatları respublika ərazisini tərk etdikləri üçün Venesueladan getməlidirlər.

 

O həmçinin əlavə edib ki, indi Amerika diplomatik nümayəndəliyi Venesueladakı ABŞ vətəndaşlarına konsulluq dəstəyi göstərə bilməyəcək.

 

ABŞ-ın dövlət katibi Mayk Pompeo Venesuelada olan bütün amerikalı diplomatların Bolivar Respublikası ərazisini tərk etdiklərini bildirib.