Yeni Zelandiyada baş vermiş terror aktının videosu yayılıb

Videoda avtomobilin ön oturacağı, içindəki silah, döyüş sursatları və benzin dolu qablar əks olunur

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Mart 2019, 12:06

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən Al Nur məscidinə hücum edən şəxs hadisə anını 17 dəqiqə ərazində canlı yayımlayıb.

 

İnterAz-ın "Novoe vremya"ya istinadən xəbər verir ki, o özünü  Brent Tarrant adılandırır.

 

Məlumata əsasən, cinayətkar 28 yaşlı Avstraliya vətəndaşıdır.

 

Canlı yayın, silahlı şəxs avtomobili ilə məscidin önünə yaxınlaşdıqdan sonra başlayır. 

 

Videoda avtomobilin ön oturacağı, içindəki silah, döyüş sursatları və benzin dolu qablar əks olunur.

 

Cinayətkarın əlində  avtomatik tüfəng, kəmərinə isə çoxlu sayda patron yerləşdirilib.

 

İlk qurban məscidin girişində vurulur. Daha sonra o məscidə daxil olur və qarşısına keçər hər kəsə atəş açır. Hücumdan sonra o məsciddən çıxır və avtomobilin yanından keçən nəqliyyat vasitələrinə atəş etməyə başlayır.