Daha bir məscidə hücum olub

Polis hücuma məruz qalanlar arasında 27 yaşlı bir kişinin yaralandığını bildirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Mart 2019, 14:02

İngiltərənin paytaxtı London şəhərində Əşaadibi məscidinə hücum olub.

 

İnterAz Teleqraf.com-a istinadən xəbər verir ki, bir irqçi qrup məscidin qarşısında dayanmış müsəlmanlara çəkic və dəyənəklərlə hücuma keçib.

 

İslam dini əleyhinə şüarlar səsləndirən irqçilər müsəlmanları söyərək avtomobillə hadisə yerindən uzaqlaşıblar. Polisə xəbər verən müsəlmanlar isə onların aradan çıxmasına mane olmağa çalışıblar.

 

Polis hücuma məruz qalanlar arasında 27 yaşlı bir kişinin yaralandığını bildirib.

 

Polis hadisədən dərhal sonra axtarışa başlayıb.

 

Qeyd edək ki, Yeni Zelandiyada bir məscidə silahlı hücum zamanı 50 nəfər müsəlman qətlə yetirilib.

 

Hadisənin görüntülərini təqdim edirik: