İran sanksiyalara görə Amerikadan şikayət etmək üçün layihə hazırlayır

Amerikadan İrana qarşı sanksiyalara görə bəşəriyyətə qarşı cinayətlər adı altında şikayət layihəsi hazırlanır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Mart 2019, 14:21

 “Amerikadan İrana qarşı sanksiyalara görə bəşəriyyətə qarşı cinayətlər adı altında şikayət layihəsi hazırlanır. Bu layihə Prezident Aparatının Hüquq Bölməsi, Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən hazırlanır”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bu gün keçirilən nazirlər kabinetinin toplantısında deyib.

 

Həsən Ruhani son ildə ABŞ –ın əsassız sanksiyalarına görə İran xalqının bir sıra çətinliklər gördüyünü bildirib və ABŞ-a qarşı müxtəlif beynəlxalq istansiyalarda şikayətin qaldırılacağını vurğulayıb.

 

Qeyd edək ki, ötən ilin sentyabırında Beynəlaxlq Ədalət Məhkəməsi nüvə sazişi ilə bağlı İranın etdiyi şikayətə baxmış və ABŞ–ın İrana qarşı sanksiyalarını qeyri-qanuni hesab etmişdi. Lahey məhkəməsi daha sonra İranın Amerikadakı dondurulmuş pulları ilə bağlı rəsmi Tehranın lehinə qərar vermişdi.