ABŞ-da daşqınlarla əlaqədar minlərlə ailə təxliyyə edilib, ölənlər var

ABŞ-da daşqınlarla əlaqədar minlərlə ailə təxliyyə edilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Mart 2019, 08:44

ABŞ-da daşqınlarla əlaqədar minlərlə ailə təxliyyə edilib.

 

İnterAz "Report"a istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

 

Bildirilir ki, təbii hadisə Nebraska və Ayova ştatlarında azı 3 nəfərin həyatına son qoyub. Telekanalın məlumatına görə, regionlarda xilasetmə əməliyyatları aparılır.

 

Bununla yanaşı qeyd edilir ki, bu, həmin regionlarda son onilliklərdə baş verən ən güclü daşqınlardır.