Əlcəzair hava məkanında “Boeing 737 MAX” təyyarələrinin uçuşuna qadağa qoyub

"Boeing" şirkəti isə öz növbəsində bu seriya təyyarələrinin təhlükəsizliyinə əminliyini ifadə edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Mart 2019, 08:51

Əlcəzairin Mülki Aviasiya İdarəsi ölkənin hava məkanında "Boeing 737 MAX" təyyarələrinin uçuşlarına qadağa qoyub.

 

İnterAz-ın TASS-a istinadən məlumatına görə, bu barədə "Reuters" agentliyi bildirib.

 

Məlumatda bildirilir ki, bu modeldən olan təyyarələrin Əcəzair səmasından uçuşu, enməsi, ölkə ərazisindən səmaya qalxması qadağan edilib.

 

Qeyd edək ki, martın 10-da "Ethiopian Airlines" aviaşirkətinin "Boeing 737 MAX 8" təyyarəsi bu ölkədə qəzaya uğrayıb. Nəticədə 157 nəfər həlak olub. Analoji modeldən olan təyyarə qəzası ötən ilin 29 oktyabrında İndoneziyada da baş verib. Hadisə zamanı 189 nəfər həlak olub.

 

Efiopiyada baş verən qəzadan sonra Rusiya, ABŞ və Avropa Birliyi dövlətləri də daxil olmaqla, dünyanın çox ölkələri təhlükəsizlik baxımından "Boeing 737 MAX"ın istismarını dayandırıblar.

 

"Boeing" şirkəti isə öz növbəsində bu seriya təyyarələrinin təhlükəsizliyinə əminliyini ifadə edib. Ancaq şirkət bildirib ki, nizamlayıcıların uçuşları dayandırmaq qərarını anlayır.

 

Qeyd edək ki, ABŞ-ın Nəqliyyat Nazirliyi "Boeing 737 MAX" təyyarələrindən istifadənin təhlükəsizliyini yoxlamağa başlayıb.