Çində yaşayış binalarının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

Şansi əyalətinin Linfen şəhərində bir neçə yaşayış binası martın 16-da uçub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Mart 2019, 09:12

Çinin şimalındakı Şansi əyalətinin Linfen şəhərində baş vermiş sürüşmə zamanı bir neçə yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

 

Bildirilir ki, hazırda 5 nəfər itkin düşmüş hesab edilir.

 

Çin mətbuatının məlumatına görə, sürüşmə zonasına düşmüş 79 nəfərdən 46-ı təhlükəli zonadan özləri çıxa bilib.

 

Televiziya bildirib ki, şəhərdə sürüşmə nəticəsində iki yaşayış binası, bir həyət evi və ictimai hamam uçub. İtkin düşənlərin axtarışları davam edir.

 

Qeyd edək ki,  Şansi əyalətinin Linfen şəhərində bir neçə yaşayış binası martın 16-da uçub.