Bəşər Əsəd İran və İraqın ordu başçıları ilə görüşüb

Tərəflər arasında danışıqlar zamanı terrora qarşı mübarizədə qonşu ölkələrin əməkdaşlığının müsbət təsiri xüsusilə vurğulanıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Mart 2019, 09:36

Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə İran və İraqın Silahlı Qüvvələrinin baş qərargah rəislərini qəbul edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd ötən gün Dəməşqdə İraq Ordusunun Baş Qərargah rəisi general-polkovnik Osman əl-Ğanimi və İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqirinin və onların başçılıq etdiyi nümayəndə heyətlərini qəbul edib.

 

Tərəflər arasında danışıqlar zamanı terrora qarşı mübarizədə qonşu ölkələrin əməkdaşlığının müsbət təsiri xüsusilə vurğulanıb.

 

Bəşər Əsəd bildirib ki, son müharibə dövründə 3 ölkənin hərbi əməkdaşlığı daha da güclənib və onları terrorla mübarizədə daha da əzmkar edib.

 

Qeyd edək ki, İran, Suriya və İraq ordularının baş qərargah komandanları ötən gün Dəməşqdə bir araya gələrək, terrora qarşı mübarizə məsələlərini və qarşılıqlı hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

 

Tərəflər keçirilən mətbuat konfransında ölkəyə hökumətin icazəsi olmadan girən qüvvələrin tez bir zaman ərzində çıxmasını tələb ediblər.