Qazaxıstanda 40-dan çox şagird qazdan zəhərlənib

J.Bekşin bildirib ki, zərərçəkənlərə ilkin tibbi yardım göstərilib

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 19 Mart 2019, 11:24

Qazaxıstanda, təqribən, 45 nəfər təbii qazdan zəhərlənib.

 

İnterAz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin İctimai Sağlamlığın Mühafizəsi Komitəsinin rəhbəri Jandarbek Bekşin deyib.

 

Onun sözlərinə görə, hadisə nəticəsində 41 şagird zərər çəkib.

 

J.Bekşin bildirib ki, zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.