İran Ordu başçısı Suriyada döyüş cəbhələrinə baş çəkib

Məhəmməd Baqiri Dəməşqə səfəri zamanı suriyalı və iraqlı həmkarı ilə eləcə də prezident Bəşər Əsədlə görüşüb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Mart 2019, 11:15

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqiri Suriyada döyüş cəbhələrinə baş çəkib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqiri Suriyaya səfəri çərçivəsində vaxtilə İŞİD nəzarətində olan Dirazzur əyalətinin inzibati mərkəzi Dirazzur şəhərinə baş çəkib.

 

İranlı general döyüş bölgələrinə səfəri çərçivəsində Suriyanın İraqla sərhədində yerləşən strateji Bu-Kamal şəhərinə və orada olan qüvvələrə o cümlədən iranlı hərbi müşavirlərə də baş çəkib.

 

Qeyd edək ki, Məhəmməd Baqiri Dəməşqə səfəri zamanı suriyalı və iraqlı həmkarı ilə eləcə də prezident Bəşər Əsədlə görüşüb.