Məkkədə ilk dəfə olaraq gül festivalı keçirilib

Bu gül festivalına Məkkə əyaləti rəsmiləri də qatılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Mart 2019, 11:33

Müqəddəs Məkkə şəhərində gül festivalı keçirilib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, gül festivalı Məkkədə həcc mərasimi ayinlərinin keçirildiyi Müzdəlifə çölündə təşkil edilib.

 

Burada bir milyon güldən düzəldilmiş, islami çalarları olan 185 metr uzunluğunda 45 metr enliyində gül xalçası nümayiş etdirilib.

 

Bu gül festivalına Məkkə əyaləti rəsmiləri də qatılıb.

 

Qeyd edək ki, Məkkə şəhəri Qurani-Kərimdə “bitkilərin bitmədiyi yer” kimi adlanıb. Gözədəyən yaşıllığı olmayan şəhərdə gül festivalının keçirilməsi sakinlərlə yanaşı bura gələn zəvvarları da sevindirib.