Nursultan Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçilib

Dariqa Nazarbayevanın Qazaxıstan Parlamenti Senatının sədri vəzifəsinə namizədliyini ölkə Prezidenti Kasım-Jomart Tokayev təklif edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Mart 2019, 13:14

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva ölkə Senatının sədri seçilib.

 

İnterAz "Report"a istinadən xəbər verir ki, bunu səsvermənin nəticələri göstərir.

 

Dariqa Nazarbayevanın Qazaxıstan Parlamenti Senatının sədri vəzifəsinə namizədliyini ölkə Prezidenti Kasım-Jomart Tokayev təklif edib.