Qəzzadan İsrailin mərkəzinə raket atılıb

Ümumilikdə 6 nəfərin yaralandığı deyilir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Mart 2019, 11:03

Qəzzadan İsrailin mərkəzinə raket atılıb. Altı nəfər yaralanıb.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

 

Bildirilib ki, Qəzza zolağından atılan raket Təl-Əvivin şimalında yerləşən Kafar-Saba məntəqəsinə düşüb. Nəticədə bir ev dağılıb və digərinə xəsarətlər dəyib.

 

Ümumilikdə 6 nəfərin yaralandığı deyilir.

 

Bu son ayda ikinci dəfədir ki, Qəzzadan atılan raketlər İsrailin "Dəmir qübbə" havadan müdafiə sistemlərindən yayınaraq və 90 km-dan çox məsafəni qət edərək, Təl-Əvivə və onun şimalına düşür.

 

Qəzzadan Təl-Əvivə bu raketlərin atılması, işğal edilən Colan Yüksəkliklərinin ABŞ tərəfindən İsrail ərazisi kimi tanınması zamanına təsadüf edir.