Urmiya gölü xilas olur, suyun səviyyəsi 62 sm qalxıb

Gölün suyu ötən illə müqayisədə 62 sm qalxıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Aprel 2019, 13:50

İranda son ayda yağan intensiv yağışlar ölkə miqyasında əksər su anbarları, bataqlıqları və gölləri ilə yanaşı Urmiya gölünə də müsbət təsirlərini göstərib. Gölün suyu ötən illə müqayisədə 62 sm qalxıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, ölkənin aidiyyatı qurumları Urmiya gölünün son 6 ildə ən yaxşı vəziyyətddə olduğunu bildirirlər.

 

Məlumata görə, gölün suyu ötən illə müqayisədə 62 sm qalxıb və onun miqyası 580 kvadrat km genişlənib.

 

İki gün öncə İranın adiyyatı qurumları bildirib ki, ötən il bu vaxtı 1.5 milyard kub metr civarında su tutumu olan göl indi 3.3 milyard kub metrdən artıq suyu özündə ehtiva edir. İranlı mütəxəssislər bildirir ki, iyun ayınadək gölün su tutumu 5 milyard kub metri keçə bilər.

 

Qeyd edək ki, İrandakı son sel bu ölkədə ötən 48 ildə misilsiz hesab edilir. Ölkənin Qolestan, Lorestan və Xuzestan əyalətləri ən çox ziyan görən bölgələridir.