İraqın Haşd-Şabi qüvvələri selə görə İrana onlarla maşın yardım göndərib

Haşd-Şabi qüvvələrinin yardımlar daşıyan onlarla yük maşını yüzdən artıq canlı qüvvəsi ilə birgə İranın Xuzestan və Lorestan əyalətinə yollanıblar...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Aprel 2019, 17:02

 İraqda İŞİD-ə qarşı mübarizə məqsədilə yaradılan və hazırda ölkənin təhlükəsizlik qüvvələrinin tərkib hissəsi olan Xalq Səfərbər Qüvvələri (Haşd-Şabi) İrana yardım göndəriblər.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Haşd-Şabi qüvvələrinin yardımlar daşıyan onlarla yük maşını yüzdən artıq canlı qüvvəsi ilə birgə İranın Xuzestan və Lorestan əyalətinə yollanıblar.

 

Məlumata görə yardımların bir qismi İranın Lorestan və Xuzestan əyalətində sel nəticəsində dağılan məktəb və məscidlrin tikintisi və təmiri üçün istifadə ediləcək. İraqdan gələn yüzdən artıq canlı qüvvə tikinti və təmir işlərində yaxından iştirak edəcəklər.

 

Qeyd edək ki, 2014-cü ildə yaranan Haşd-Şabi -nin canlı qüvvəsi iraqlılar olsa da təşkilatın hərbi imkanları əsasən İran tərəfdən təmin edilib. ABŞ, İranla əlaqəli olduğuna görə Haşd-Şabi nin bəzi hərbi briqadalarına sanksiya tətbiq edib.