Notr-Dam de-Pari kilsəsində yanğının mümkün səbəbi açıqlanıb

Eyni zamanda həmsöhbət yanğına səbəb ola biləcək digər fərziyyələri açıqlamayıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 19 Aprel 2019, 08:48

Fransa paytaxtında yerləşən Notr-Dam de-Pari kilsəsinin yanmasına qısa qapanmanın səbəb olduğu ehtimal edilir.

 

İnterAz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polis əməkdaşına istinadən "Associated Press" məlumat yayıb.

 

Onun sözlərinə görə, təhqiqatçılar ehtimal edirlər ki, yanğın təsadüfən olub, bununla belə həm kilsə işçiləri, həm də binanın bərpası ilə məşğul olan mütəxəssislər dindirilir.

 

Eyni zamanda həmsöhbət yanğına səbəb ola biləcək digər fərziyyələri açıqlamayıb.

 

Kilsədə güclü yanğın bazar ertəsinə keçən gecə baş verib.