Lüksemburqun Böyük Hersoqu Jan vəfat edib

2000-ci ildə taxtı oğlu Anriyə təhvil versə də bütün titullarını özündə saxlayıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 23 Aprel 2019, 13:16

Lüksemburqun böyük hersoqu Jan 98 yaşında vəfat edib.

 

İnterAz-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə oğlu, ölkənin hazırkı rəhbəri, böyük hersoq Anri açıqlama yayıb.

 

Qeyd edək ki, böyük hersoq Jan 1964-2000-ci illərdə ölkəyə rəhbərlik edib. 2000-ci ildə taxtı oğlu Anriyə təhvil versə də bütün titullarını özündə saxlayıb.