İŞİD Şri-Lankada törədilən terrorun məsuliyyətini üzərinə götürüb

Hökumət aprelin 23-ünü ölkədə matəm elan edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 23 Aprel 2019, 16:00

İŞİD terrorçu təşkilatı aprelin 21-də Şri-Lankada törədilmiş silsilə partlayışların məsuliyyətini üzərinə götürüb.

 

İnterAz “Reuters”ə istinadən xəbər verir ki, İŞİD bu məsələdə əli olduğuna dair hər hansı dəlil gətirməyib.

 

Bundan əvvəl Şri-Lankanın Müdafiə naziri Ruvan Viicevardene kilsə və mehmanxanalarda törədilən partlayışların Yeni Zelandiyada məscidə məlum hücuma cavab olduğu fikrini irəli sürüb. Nazirin sözlərinə görə, hücumları iki yerli qrup törədib.

 

Son məlumata görə, Şri-Lankadakı hücumlarda 321 nəfər ölüb, 520-dən çox yaralanan var.

 

Hökumət aprelin 23-ünü ölkədə matəm elan edib.