Ayətullah Xameneinin dəftərxanasından mübarək Ramazan ayının ilk günü ilə bağlı açıqlama

Şəban ayının sonuncu gününü orucunun savabını qazanmaq istəyən möminlər müstəhəb və ya qəza orucu niyyəti ilə oruc tuta bilər...

Bakı, Aytən Əliyeva, İnteraz - 06 May 2019, 03:51

Bu il May ayının 7-si mübarək Ramazan ayının ilk günüdür. 

 

İnterAz deyerler.org-a isitnadən xəbər verir ki,  bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin dəftərxanasının "Ayın axtarışı üzrə mərkəzi" məluamt yayıb. 

 

Məlumata görə, Ramazan ayının hilalı görünməyib: “Əziz və mömin xalqa çatdırırıq ki,  Ramazan ayının hilalının təyin olunmasının önəmli olmasını nəzərə alaraq, ölkənin  müxtəlif bölgələrində axtarış qrupları  mübarək Ramazan ayının hilalını görmək üçün izləmə aparıb və ay görünməyib.  Bu səbəbdən, Ayətullah Xameneiyə  birinci gün gecəsi  ayın görünməsi sübuta yetməyib və  bazar ertəsi günü Şəban ayının 30-cu günüdür.”

 

Şəban ayının sonuncu gününü orucunun savabını qazanmaq istəyən möminlər müstəhəb və ya qəza orucu niyyəti ilə oruc tuta bilər.

 

Qeyd edək ki, ayətullah Sistanin dəftərxanası da 6 may tarixini Şəban ayının 30-u və 7 may tarixini Ramazan ayının ilk günü elan edib.