Səudiyyə Ərəbistanının mühüm hərbi təsisatlarına hücum edilib

Biz təcavüzə qarşı daha ciddi cavablar hazırlayırıq və tezliklə Ərəbistanın hərbi və neft sənaye təsisatlarına ağır zərbələr endirəcəyik...

Bakı, Aytən Əliyeva, İnteraz - 14 May 2019, 13:17

Səudiyyə Ərəbistanının mühüm hərbi təsisatlarına pilotsuz təyyarələr vasitəsilə hücum edilib. 

 

İnterAz-ın xəbərinə görə, bu barədə “Ənsarullah” hərəkatına aid televiziya kanalı məlumat yayıb.

 

"Əlməsirə" kanalı bildirib ki, hərbi mənbə hücuma səbəb olaraq Ərəbistanın Yəmən xalqına qarşı davam edən təcavüzünü göstərib.

 

“Biz təcavüzə qarşı daha ciddi cavablar hazırlayırıq və tezliklə Ərəbistanın hərbi və neft sənaye təsisatlarına ağır zərbələr endirəcəyik”, - deyə mənbə bildirib.