ABŞ prezidentinin korteji qəzaya düşüb

Qəza ABŞ prezidentinin səfər etdiyi Luiziana ştatında baş verib...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 May 2019, 08:59

ABŞ prezidenti Donald Trampın kortejində olan üç motosikletçi yol qəzası nəticəsində zərər çəkib.

 

İnterAz xəbər verir ki, bu barədə "Bloomberg"in Trampı müşayiət edən jurnalist qrupundakı təmsilçisi Cennifer Ceykobs yazıb.

 

O bildirib ki, qəza nəticəsində Ağ ev rəhbərinin maşını zərər çəkməyib.

 

"Biri ot basmış xəndəkdə oturub, biri qanaxma ilə yolun kənarında uzanıb. Üçüncü ayaq üstdədir, onun əlindən qan axır", — deyə jurnalist yaralılar haqqında yazıb.

 

Qəza ABŞ prezidentinin səfər etdiyi Luiziana ştatında baş verib.