Ayətullah Xamenei ABŞ-la müharibənin olub olmamasına münasibət bildirib

Ayətullah Xamenei bildirib ki, nə İran müharibə niyyətindədir nə də ABŞ...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 May 2019, 09:30

“Planda müharibə yoxdur heç olmayacaq da.Biz sakitik və müharibəyə başlayan deyilik. Onlar da bilirlər ki müharibə onların xeyrinə deyil.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

 

Ötən gün Tehranda Ramazan ayı ilə bağlı ölkə rəsmiləri qarşısında çıxış edən Ayətullah Xamenei son günlərdə İranla ABŞ arasında baş verən gərginliklərə münasibət bildirib.

 

Müharibə xəbərlərini tirajlayan və ona rəvac verən daxili və xarici KİV-ləri tənqid edən Ayətullah Xamenei bunun psixoloji müharibənin əsas təkrib hissəsi olduğunu bildirib.

 

Ayətullah Xamenei bildirib ki, nə İran müharibə niyyətindədir nə də ABŞ.

 

“Əvvəla İran xalqının düşmən qarşısına seçimi bütün sahələrdə mübarizə aparmaqdır. ABŞ hökuməti ilə müzakirə aparmaq zəhərdir. İndiki ABŞ hökuməti ilə müzakirə aparmaqda daha çox zəhər deməkdir. Təbii ki müharibə olmayacaq. İndi qarşıdurma iradələrin qarşıdurmasıdır. İran İslam Respublikasının və onun xalqının iradəsi də düşməninkindən daha möhkəmdir. Allahın lütfü ilə qələbə bizə nəsib olacaq.” deyə Ayətullah Xamenei vurğulayıb ki, tərəflərin heç biri müharibə niyyətində deyillər.