Terrorçuların Hələbə atdığı raketlər nəticəsində ölənlərin sayı 8-ə çatıb

Rusiya və Türkiyənin vasitəçiliyi ilə ötən il bölgə ilə bağlı atəşkəs anlaşması baş tutub...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 May 2019, 12:05

Ötən gün axşam radikal terror qruplaşmalarının Hələbə atdığı raketlərin nəticəsində ölənlərin sayı 8-ə çatıb.

 

İnterAz bu barədə SalamNews-a istinadla məlumat verir.

 

Bildirilib ki, ötən gün iftar zamanı Hələbin ən-Nirəb adlı qaçqın düşərgəsinə radikal qruplaşmalar tərəfindən qrad raketləri atılıb. Ölənlərin sayı 8-ə çatıb. Vəziyyəti ağır olan bir neçə yaralı var.

 

Qeyd edək ki, Rusiya və Türkiyənin vasitəçiliyi ilə ötən il bölgə ilə bağlı atəşkəs anlaşması baş tutub. Lakin son iki həftədə bu atəşkəs ciddi şəkildə pozulub. Hazırda Suriya Ordusu Həma əyalətinin şimalı və İdlib əyalətinin cənubunda ən-Nusra Cəbhəsi və tabeliyində olan birləşmələrə qarşı əməliyyatı davam etdirir.