ABŞ İraqdakı vətəndaşlarının bəzisini bu ölkəni tərk etməyə çağırıb

Əlavə edilib ki, ABŞ hökumətinin İraqda fövqəladə vəziyyət zamanı vətəndaşlarına xidmət göstərmək imkanları məhduddur...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 May 2019, 12:35

ABŞ Dövlət Katibliyi İraqdakı vətəndaşlarına zəruri işləri olmadığı halda bu ölkəni tərk etməyə çağırıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyindən məlumat verilib.

 

ABŞ Dövlət Katibliyinin rəsmi saytında bildirilib ki, bu ölkənin İraqda zəruri işi olmayan dövlət qulluqçuları və vətəndaşları oranı tərk etsinlər.

 

Əlavə edilib ki, ABŞ hökumətinin İraqda fövqəladə vəziyyət zamanı vətəndaşlarına xidmət göstərmək imkanları məhduddur.

 

Qeyd edək ki, bundan öncə ABŞ-ın İraqda "İŞİD-ə qarşı koalisiyası" da Vaşinqtonla Tehran arasında son gərginlik barədə bəyanat verib. Bu bəyanatda bildirilib ki, İranın bölgədə dəstəklədiyi hərbi birləşmələr tərəfindən bir təhlükə görünmür, lakin hər halda ABŞ-ın "İŞİD-ə qarşı koalisiyası" hər ehtimala hazırdır.